80 minlik “ulan”
24.11.2012 - 00:15
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFİK) "Əskişəhərspor" - "Fənərbaxça" matçında yaşanan qırmızı vərəqə qalmaqalının nəticələri barədə qərarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, oyunda baş verən hadisələrə görə "Fənərbaxça"nın yarımmüdafiəçisi Caner Erkin 2, baş məşqçisi Aykut Kocaman isə 1 matç diskvilifikasiya olunub.
İstanbul klubu maddi baxımdan da cəzalandırılıb. "Sarı-lacivərdlər" 80 min lirə cərimə olunublar. Bunun 10 mini Kocamanın, 20 mini Canerin, 50 mini isə ümumilikdə klubun peşəkarlıqdan kənar davranışlarına görə nəzərdə tutulub.
Xatırladaq ki, sözügedən matçda hakim Fırat Aydınus "ulan" ifadəsini işlətdiyini əsas tutaraq Caneri meydandan qovmuş, Kocaman isə qərara etiraz olaraq meydanın ortasına qədər gəlmişdi. Lakin sonradan "Əskişəhərspor"un oyunçusu Veysel Sarı həmin an "ulan" sözünü Canerin yox, özünün dediyini etiraf etmişdi.

0
0