Aleksin oğlu üçün lahmacun
24.11.2012 - 00:33
"Doğulanda 100 faiz braziliyalı kimi doğuldum. Amma öləndə 50 faiz türk kimi öləcəm". Apasport.az saytının xəbərinə görə, bunu "Fənərbaxça"nın sabiq kapitanı Aleks de Souza komandadan ayrılarkən demişdi.
Elə "sambaçı"nın özü kimi ailəsi də Türkiyə üçün çox darıxır. İstanbuldakı yaşam onlar gözəl bir xatirə ikən Braziliyadakı həyata alışmaq de Souza ailəsinə çətin gəlir. Aleks uşaqlarının doğulub böyüdüyü, məktəbə getdiyi, bir çox dost qazandığı İstanbul həsrətini dindirmək üçün böyük səy göstərir.
Onun sonuncu səyi isə çox maraqlıdı. Axı, futbolçu oğlu Felipenin çox sevdiyi lahmacunu Türkiyədən Braziliyaya gətirtmək üçün səfərbər olub. Bu işdə Aleksə keçmiş komanda yoldaşı Tuncay Şanlı böyük kömək edəcək. Dostlar telefonda danışarkən Aleks oğlunun davamlı lahmacun istəyərək onu bezdirdiyini deyib.
Evdə düzəltməyə çalışsalar da, bu, orijinal alınmayıb. Aleks Tuncaydan ona lahmacun və qızına dönər göndərməsini xahiş edib. İstək qarşısında təəccüblənən Tuncay bunu məmnuniyyətlə yerinə yetirəcəyinə söz verib.
İndi Tuncay Felipenin lahmacununu, Antonia və Marianın dönərini "dondurulmuş" şəkildə ən qısa vaxtda Braziliyaya göndərməyə hazırlaşır.

0
0