Bernhard Raab: AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi
25.11.2012 - 18:33
Bernhard Raab: AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi
“Maraqlı oyunun şahidi olduq. Keçən turdakı məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XIV turunun AZAL-la səfər oyunundakı heç-heçə (1:1) bitən görüş haqda fikirlərini açıqlayıb: “Hər iki komanda hücum futbolu oynadı. AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi. Bir xal qazana bildik, hər iki komandanı təbrik edirəm”.

Mənbə: pfl.az