“Neftçi”nin rəqibindən darmadağın
26.11.2012 - 09:27
“Neftçi”nin rəqibindən darmadağın
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son rəqibi olan “Partizan” Serbiya çempionatının son turunda darmadağına imza atıb. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi XIV turda evdə “Smederevo”ya 4:0 hesabı ilə məğlub edib. “Neftçi”ni qələbədən məhrum edən Aleksandar Mitroviç bu dəfə də qol vurub. O, 31-ci dəqiqədə fərqlənib. Nemayna Tomiç 29 və 49-cu dəqiqələrdə vurduğu qollarla dubl edib. Matçda son nöqtəni 87-ci dəqiqədə Milan Smilyaniç qoyub.

Qeyd edək ki, “Partizan” 14 oyundan sonra 36 xalla vahid liderdir.