FİFA DÇ-2014-nün talismanının adını açıqladı
26.11.2012 - 09:46
FİFA DÇ-2014-nün talismanının adını açıqladı
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının talismanının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi saytı bunun Fuleko olacağını açıqlayıb. Belə ki, Braziliya əhalisinin 48 faizi bu varianta səs verib. Sonrakı yerləri 31 faizli Zuzeko və 21 faizli Amijubi tutub.

Müxtəlif rənglərdə olan bu talismanın seçilməyi təsadüfi deyil. Məsələ ondadır ki, təşkilatçılar bu yolla ictimaiyyətin diqqətini ətraf mühitdə və ekologiyada problemlərə yönəltmək istəyib.