Gökdəmir oynadı, komandasının seriyasına son qoyuldu
26.11.2012 - 10:14
Gökdəmir oynadı, komandasının seriyasına son qoyuldu
Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin formasını geydiyi “Hannover 96”nın ikinci komandasının qələbə seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Gökdəmirin komandası ardıcıl 7 qələbədən sonra evdə xal itirib.

Bu, “Volfsburq”la matçda qolsuz bərabərliklə başa çatıb. Son dəqiqələrdə hannoverlilərin 18 yaşlı futbolçusu Tobias Fölsterin qırmızı vərəqə aldığı oyunda Əli 90 dəqiqə meydanda olub.

Xal itkisi “Hannover 96”nın dərhal liderlikdən enməsi ilə nəticələnib. Belə ki, xalları bərabər (39) olsa da, yaxşı top fərqinə görə Kil “Holştayn”ı 1-ci sıraya yüksəlib.