Mitroviç Bakıdakı hərəkətinə görə 3 min avro cərimələndi
26.11.2012 - 11:40
Mitroviç Bakıdakı hərəkətinə görə 3 min avro cərimələndi
Avropa Liqasının qrup mərhələsinin V turunun “Neftçi” ilə oyununda qırmızı vərəqə alan Aleksandar Mitroviç cəzalanıb. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Partizan” klubu gənc futbolçusunun intizamsızlığına biganə qalmayıb. Belə ki, klub rəhbərliyi Mitroviçi illik maaşının 1/5 hissəsi məbləğində cəriməyə layiq bilib.

“Partizan”ın öz futbol məktəbinin yetirməsi olan gənc istedad klubda minimum əmək haqqına malikdir. İllik maaşı cəmi 15 min avro olan Aleksandar bunun 3 min avrosu qədər cərimələnib. Düzdür, “Partizan” rəhbərliyi perspektiv vəd edən hücumçunun müqaviləsinin şərtlərini yenidən müzakirə etmək fikrindədir.