Verpakovski niyə “Bakı”nı tərk etmişdi?
26.11.2012 - 14:57
Verpakovski niyə “Bakı”nı tərk etmişdi?
“Bakı” klubunun futbolçusu Maris Verpakovskinin “Neftçi” ilə Topaz Premyer Liqasının oyununda ehtiyatda qalmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, latviyalı hücumçu bu qarşılaşma ərəfəsində komandanın hazırlıqlarına qatılmayıb. Belə ki, görüş ərəfəsində Verpakovski vətəninə səfər edibmiş. Bunun səbəbi onun sevgilisi Alisa Elksnenin ana olmasıdır. Oğlunun dünyaya gəlməsi prosesində iştirak edərək Alisaya dəstək olan Maris ikinci övladının dünyaya gəlməsindən sonra Bakıya dönüb.

Qeyd edək ki, Marisin ilk uşağı keçmiş həyat yoldaşı Bayba Seskas ilə nigahdan doğulan 7 yaşlı qızı Pauladır.