Həmyerlimiz Bordoda
26.11.2012 - 17:34
Həmyerlimiz Bordoda
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz UEFA Avropa Liqasının qrup mərhələsinin son turunun iştirakçısı olacaq.

Xudiyev dekabrın 6-da keçiriləcək "Bordo" (Fransa) - "Nyukasl" (İngiltərə) oyununun hakim-inspektoru olacaq. Qarşılaşma Fransanın Bordo şəhərindəki "Chaban-Delmas" stadionunda baş tutacaq.

Mənbə: affa.az