Yaşar Seyidov: Yunan klublarından təklif almamışıq
26.11.2012 - 17:47
“Nə Vangelis Mantsios, nə də Leandro Beçerra ilə bağlı yunan klublarından rəsmi təklif almışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
Noyabrın 7-də “Bakı”da ciddi islahatlar oldu. Klubda keçirilən toplantının nəticəsi olaraq kapitan Cəmşid Məhərrəmov, argentinalı yarımmüdafiəçi Leandro Beçerra və yunanıstanlı hücumçu Vangelis Mantsios əvəzedici komandaya göndərildi. Artıq hər 3 futbolçunun qışda komandadan gedəcəyi gözlənilir.
Yunanıstan mətbuatı isə Mantsiosun AEK, “Panatinaikos” və “Atromitos”un maraq dairəsində olduğunu qeyd edir. Ancaq bu məsələ ilə bağlı adıçəkilən klublar “Bakı”ya müraciət etməyib. Yaşar Seyidov təklif gələcəyi halda, futbolçuların getməklərinə problem yaratmayacaqlarını bildirdi: “Hələ ki bizə rəsmi şəkildə müraciət edən olmayıb. Hər 3 oyunçunun bizimlə müqaviləsi yaya kimi nəzərdə tutulub. Təklif gələrsə, onları həmin komandaların düşərgələrinə buraxmağa hazırıq”.

0
0