“Kayzerslautern II”dən yığmamıza gələn kimdir? - FOTO
26.11.2012 - 18:34
“Kayzerslautern II”dən yığmamıza gələn kimdir? - FOTO
Azərbaycan milli komandasının dekabrın 3-dən 5-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına çağırılan Rüfət Dadaşovun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Kayzerslautern II”nin şərəfini qoruyan hücumçu Rusiyada doğulub.

1991-ci il təvəllüdlü (29 sentyabr) Dadaşov peşəkar karyerasına məhz Almaniyada bu klubda başlayıb. Hazırda “Kayzerslautern”in ikinci komandasında çıxış edən Dadaşov 1.85 sm boya malikdir.

Qeyd edək ki, bu klub Almaniya Regionalliqasının Cənub-Qərb zonasında mübarizə aparır. Hazırda 24 xalla çempionatda 9-cu pillədə olan Kayzerslautern təmsilçisi son turda evdə Frankfurt “Ayntraxt”ının ikinci komandasını 1:0 hesabı ilə məğlub edib.

Bu matçda start heyətində yer alan Rüfət baş məşqçi Quido Hoffmann tərəfindən 64-cü dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, o, baş tutan 17 görüşdən 10-da meydanda olub. 21 yaşlı hücumçu 3 dəfə start heyətində meydana çıxıbsa, 7-də sonradan oyuna qoşulub. Rüfətin meydanda olduğu dəqiqələrin sayı isə 357-dir. Ancaq yığmamızın yeni üzvü forvard olsa da, bu dəqiqələr ərzində hələ də rəqib qapılara yol tapa bilməyib.