Rail Məlikov: 90 dəqiqə və ən yüksək qiymət
27.11.2012 - 09:36
Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” Türkiyə çempionatının I divizionda XIII tura yekun vurub. Apasport.az saytının məlumatına görə, komanda “Karşıyaka” ilə səfər oyununda qolsuz heç-heçə edib. Məlikov 90 dəqiqə meydanda olub və komandasında ən yüksək qiymət – 5 bal alanlardan biri olub.
Qeyd edək ki, “Dənizlispor” 13 oyundan 16 xalla turnir cədvəlində 12-ci yerdədir.
Qeyd edək ki, “Dənizlispor” 13 oyundan 16 xalla turnir cədvəlində 12-ci yerdədir.
0
0