Andrea Stramaççoni: İkinci hissədə necə oynadığımız xoşuma gəlmədi
27.11.2012 - 09:46
Andrea Stramaççoni: İkinci hissədə necə oynadığımız xoşuma gəlmədi
“Komandamın 2-ci hissədə necə oynadığı xoşuma gəlmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib. Avroliqanın qrup mərhələsində son oyununu dekabrın 6-da evdə “Neftçi” ilə keçirəcək milanlılar A seriyasının son turunda “Parma” ilə səfər matçında 0:1 hesabı ilə yenilib.

İtaliyalı çalışdırıcı meydanın mərkəzində sıxlıq yarada bilmədiklərini deyib: “Buraxdığımız qolda hər şey topu autdan səhv daxil etməyimizdən başladı. Biz bu qolun qarşısını ala bilərdik. Ancaq sonda uduzduq”.