Ufuk Budak “Kartalspor”a qarşı
27.11.2012 - 10:39
Ufuk Budak “Kartalspor”a qarşı
Azərbaycan millisinin futbolçusu Ufuk Budakın adı yenə “Əskişəhərspor”un iştirak ərizəsinə daxil edilməyib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”u səfərdə darmadağın edən (3:0) Budakın komandasında ona yer tapılmayıb.

Halbuki son turda “Beşiktaş”ın əvəzediciləri ilə matçda (4:4) da forma geyməyən milli üzvünün trabzonlulara qarşı oynayacağı gözlənilirdi. Ufuk əsas komandadan fərqli əvəzedici komandada 3 oyun keçirib.

Elə onun bu gün “Kartalspor”la matçda meydana çıxacağı gözlənilir. A2 liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Qələbə “Əskişəhərspor”u turnir cədvəlinin lideri edəcək.