Branimir Subaşiç 11-ci yerə şərik oldu
27.11.2012 - 11:10
Branimir Subaşiç 11-ci yerə şərik oldu
Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”i məğlub edən “Xəzər Lənkəran”ın qələbə qolunu Branimir Subaşiç vurub. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu bununla da cari mövsümdə 5-ci qolunu vurmaqla komandanın ən yaxşı bombardirinə çevrilib. Branimir bu toplardan 3-nü Avroliqada, 2-ni Premyer Liqada vurub.

Subaşiç çempionatda son qolunu I turun avqustun 5-də “Rəvan”la səfər oyununda vurmuşdu. Həmin vaxtdan sonra 111 gündür uğursuzluq zolağına düşən 30 yaşlı hücumçu qol vura bilmirdi. Bu seriyaya son qoyan Branimir “Xəzər Lənkəran” karyerasında ümumilikdə 12-ci qolunu vurub. Bununla da o, klub tarixində ən yaxşı bombardirlərin siyahısında 11-ci yerə şərik olub.

1
Zaur Ramazanov
44
2
Samir Əliyev
34
3
Mario Souza
26
4
İvan Tsvetkov
24
5
Rahid Əmirquliyev
23
6-8
Rəşad Abdullayev
18
Vüqar Nadirov
18
Oqtay Dərəlioğlu
18
9
Allan Lalin
14
10
Edmond NTiamoa
13
11-14
Alim Qurbanov
12
Emin Quliyev
12
Branimir Subaşiç
12
Uinston Parks
12

Qollarından 8-ni çempionatda vuran hücumçu Premyer Liqada ən məhsuldar oyunçular siyahısında 13-cü yerə şərik olub.

1
Zaur Ramazanov
33
2
Samir Əliyev
24
3
İvan Tsvetkov
22
4
Mario Souza
18
5
Oqtay Dərəlioğlu
17
6
Rahid Əmirquliyev
16
7
Rəşad Abdullayev
12
8-9
Allan Lalin
11
Alim Qurbanov
11
10-11
Emin Quliyev
10
Emeka Opara
10
12
Edmond NTiamoa
9
13-16
Branimir Subaşiç
8
Uinston Parks
8
Xaqani Məmmədov
8
Romulo Silvano
8

Branimir rəqib qapısına qolu penaltidən vurub ki, bu, onun 3-cü belə topudur. O, komandada ən çox penalti vuran 4-cü futbolçudur. Ümumilikdə isə “Xəzər Lənkəran” yarandığı gündən müxtəlif turnirlərdə 33 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 33 zərbədən yalnız 4-ü dəqiq olmayıb.

Futbolçu
Penalti
Qol
Zaur Ramazanov
8
7
İvan Tsvetkov
5
5
Oqtay Dərəlioğlu
4
4
Branimir Subaşiç
3
3
Samir Əliyev
2
2
Mario Souza
2
1
Mahmud Qurbanov
1
1
Bəxtiyar Musayev
1
0
Miroslav Saviç
1
0
Allan Lalin
1
1
Vyaçeslav Lıçkin
1
1
Roberto Alviz
1
1
Julius Vobay
1
1
Yakuba Bamba
1
1
Katalin Lita
1
1
15 futbolçu
33
29

Mənbə: lankaranfc.com