“Qəbələ”nin 7-ci cəhdi
27.11.2012 - 11:41
“Qəbələ”nin 7-ci cəhdi
“Qəbələ” tarixində 7-ci dəfə Azərbaycan kubokunda mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, komanda I divizionun liderlərindən olan “Qaradağ-Lökbatan”ı qəbul edəcək.

Yarandığı 2005-ci ildə birinci dəstə təmsilçisi kimi kuboka qatılan qəbələlilər indiyədək 6 mövsüm bu yarışda çıxış edib. 2 dəfə yarımfinal, 2 dəfə ¼ finaladək irəliləyən “Qəbələ” cəmi 2 dəfə 1/8 finalda dayanıb. Ümumilikdə isə bu turnirlərdə 30 matç keçirən komanda 15-ci – yubiley qələbəsinin astanasındadır.

2005/06

4

2

1

1

6-1

7

1/8 final

2006/07

4

2

0

2

11-5

6

1/8 final

2007/08

8

3

3

2

10-8

12

1/2 final

2008/09

6

4

1

1

8-8

13

1/2 final

2009/10

2

1

0

1

1-2

3

1/8 final

2010/11

3

1

1

1

2-1

4

1/4 final

2011/12

3

1

2

0

5-2

5

1/4 final

 

30

14

8

8

43-27

50

 


6 mövsüm ərzində “Qəbələ”ni kubok oyunlarına 4 baş məşqçi çıxarıb. Burada bütün göstəricilərdə rekord hazırkı baş məşqçi Ramiz Məmmədova məxsusdur. O, digər çalışdırıcılarla müqayisədə həm oyun, həm qələbə, həm vurulan top sayında öndədir.

Faiq Cabbarov

6

4

1

1

17-3

13

Ramiz Məmmədov

18

8

4

6

19-21

28

Toni Adams

3

1

1

1

2-1

4

Fatih Kavlak

3

1

2

0

5-2

4


30 kubok oyununda 97 futbolçunun şərəfini qoruduğu “Qəbələ”nin yalnız 6 futbolçusu 10 və daha çox matça çıxıb. Burada rekord Samir Zərgərova məxsusdur – 15 oyun.

Samir Zərgərov

15

Azər Həşimov

13

Turnike Aptsiauri

12

Əli İsmayılov

11

Rəhman Əzizov

10

Elnar Kərimov

10


Azərbaycan kubokunda “Qəbələ”nin ən yaxşı bombardiri Kənan Kərimovdur. Hazırda komandanın məşqçisi olan keçmiş hücumçunun hesabında 7 qol var. Ümumilikdə isə 24 futbolçu “Qəbələ”nin kubok oyunlarındakı qollarına imza atıb. Onlardan yalnız 7-si 1 dəfədən artıq fərqlənib.

Kənan Kərimov

7

Vüsal Qarayev

5

İbrahim Hüseynov

4

Samir Zərgərov

3

Abdulkader Kamara

2

Rövşən Vəliyev

2

Serge Cehua

2


“Qəbələ”nin kubok oyunlarında 2 avtoqol qeydə alınıb. MOİK-in üzvü Natiq Qasımov öz komandasının qapısına qol vurub. “Qəbələ”nin üzvü İrakli Vaşakidze isə “Xəzər Lənkəran”la matçda rəqibi sevindirib.

Azərbaycan kubokunun oyunlarında “Qəbələ” 11 komanda lə görüşüb. Daha çox oyun “Bakı” ilə baş tutub – 6 dəfə.

Qəbələ

-

MOİK (Bakı)

4

4

0

0

10

-

0

Qəbələ

-

Turan (Tovuz)

4

2

1

1

4

-

3

Qəbələ

-

AZAL (Bakı)

4

2

1

1

3

-

3

Qəbələ

-

Şahdağ (Quba)

2

2

0

0

11

-

2

Qəbələ

-

Neftçala

1

1

0

0

3

-

0

Qəbələ

-

Qaradağ-Lökbatan

1

1

0

0

2

-

0

Qəbələ

-

Simurq (Zaqatala)

2

1

0

1

2

-

2

Qəbələ

-

İnter (Bakı)

2

1

0

1

2

-

5

Qəbələ

-

Bakı

6

0

3

3

2

-

6

Qəbələ

-

Qarabağ (Ağdam)

2

0

2

0

2

-

2

Qəbələ

-

Xəzər Lənkəran

2

0

1

1

2

-

4