Orxan Əliyev “Portu”dan cavab gözləyir
27.11.2012 - 12:31
“Portu”da baxışda olan Azərbaycan yığmasının futbolçusu Orxan Əliyev Vətənə dönüb. 17 yaşlı hücumçunun meneceri Vaqif Heydərli apasport.az saytına açıqlamasında onun çıxış etdiyi “Sumqayıt”ın düşərgəsində olduğunu bildirib.
FİFA agenti Portuqaliya klubunun əvəzedici heyətində 3 həftə baxışdan keçən Orxanın taleyinə hələ tam aydınlıq gəlmədiyini bildirib: “Çünki bizə yekun bir şey deməyiblər. “Portu”dan rəsmi cavab gözləyirik. Bildiyiniz kimi, Portuqaliya ilə Azərbaycan arasında 4 saat fərq var. Yaxın vaxtda bizə cavab deməlidirlər”.
Mehman SÜLEYMANOV

0
0