Bakıda oynadı, “Fənərbaxça” ilə danışıqlara yollandı
27.11.2012 - 13:19
“Neftçi”nin Avroliqanın qrup mərhələsində hər 2 oyunda 0:1 hesabı ilə uduzduğu “Rubin” Türkiyə yığmasının futbolçusu Gökhan Töre ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi əsas heyətinə düşə bilmədiyi komandanı qış fasiləsində getməyi düşünür.
Belə ki, böyük ümidlərlə yayda “Hamburq”dan transfer olunan Töre bu mövsümdə cəmi 6 oyun keçirib. Həmin matçlardan 2-si Avroliqada olub ki, bunlardan biri “Neftçi” ilə Bakıdakı matçdır. Gökhan karyerasını vətənində davam etdirmək istəyir. Belə ki, keçmək istədiyi “Fənərbaxça” ilə danışıqlara gəlib.

0
0