AFFA beynəlxalq sərgidə təmsil olunacaq - FOTO
27.11.2012 - 14:20
Bu gün “ITE Group PLC”nin Qafqazdakı tərəfdaşı “İteca Caspian” MMC-nin təşkilatçılığı ilə noyabrın 28-30-da Bakı Ekspo Mərkəzində baş tutacaq “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi” və “Gənclər təşkilatlarının IV respublika sərgisi”nin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, mətbuat konfransında “İTE Group” şirkətinin icraçı direktoru Eduard Strun, Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və “SportExpo Azerbaijan 2012” sərgisinin meneceri Orxan Əhmədov iştirak ediblər.
Əvvəlcə açılış nitqi ilə İngiltərədən olan mütəxəssis Eduard Strun çıxış edib. O, ölkəmizdə ilk dəfə “İdman, idman ləvazimatı və geyimi sərgisi”nin keçiriləcəyini və bu layihənin uğurlu olacağını bildirib: “Həmişə birinci sərgini açmaq həyəcanlı olub. Bildiyiniz kimi, bu il ölkənizdə “İdman ili”dir. Bu üzdən belə bir sərgi keçirməyin məqsədəuyğun olduğunu düşündük. İnanıram ki, bu sərgi idman sektoruna yeni nəfəs verəcək”.
Ardından çıxış edən Babayev daha çox “Gənclər Təşkilatlarının IV Respublika Sərgisi” ilə bağlı danışıb: “İlk dəfə gənclər təşkilatları ilə paralel idmana dair sərgi də olacaq. Burada gəncləri maraqlı sürprizlər gözləyir. Sərgidə seminarlar və master-klass proqramları da keçiriləcək. Fərqli mütəxəssislərin natiqlik və nitq mədəniyyəti, vergi hüquqları, istehlakçı hüquqları və s. sahələrə dair seminarları olacaq. Torpaqlarımızın işğalı ilə bağlı savaş oyununun sərgisi də ilk dəfə burda nümayiş ediləcək. Sərgidə 100-ə yaxın gənclər təşkilatı olacaq. Bu il gənclər təşkilatına dəstək üçün dövlət tərəfindən 3 milyon manat vəsait ayrılıb”.
Sonda isə Əhmədov fikirlərini bildirib. O, sərgidə 50 iştirakçının olacağını söylədi: “Sərgidə alpinizm, atçılıq, boks, taekvondo, gimnastika, qolf, stolüstü tennis, üzgüçülük, cüdo, yelkən idmanı federasiyaları iştirak edəcək. Bundan başqa, AFFA, Milli Olimpiya və Paralimpiya komitələrinin stendləri də orda təmsil olunacaq”.
Mətbuat konfransında Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Mirkamil Rəhimovun tədbirə qatılmamasına da aydınlıq gətirilib. Əhmədovun sözlərinə görə, Rəhimov texniki problemlərə görə konfransa qatıla bilməyib. Belə ki, vaxt və məkan baxımından anlaşılmazlıq olub.

0
0