Hər şey indi başlayır...
27.11.2012 - 14:29
Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, kubokda əsas mübarizə bu mərhələdən başlayır. Bu da Premyer Liqa təmsilçilərinin mübarizəyə qatılmağı ilə bağlıdır.
Onlardan yalnız son pillənin sahibi “Kəpəz” bundan əvvəlki mərhələdə çıxış edərək, “Şuşa”nı səfərdə yenməyi nəticəsində 1/8 finala çıxdı. İndi gəncəlilər evdə oynasa da, “Qarabağ”la üzləşəcəyindən, daha çətin sınaq qarşısındadır. Düzdür, “Kəpəz” çempionatda “Qarabağ”la elə öz meydanındakı oyunda qolsuz bərabərliyə qalmaqla, xal ala bilib.
Gəncənin I divizionun təmsilçisi “Tərəqqi” isə evdə oynasa da, rəqibinin qonağı olacaq. Çünki Gəncə şəhər stadionuna 2 oyun düşürdü və qarşılıqlı razılığa əsasən digər matç “Neftçi”nin arenasına salındı. Bununla belə, “Tərəqqi” nominal meydan sahibi olaraq qalır.
MOİK – “İnter” oyununda da eyni mənzərədir. Belə ki, “hərbçilər” rəqibinin stadionu olan “Şəfa”da meydana çıxacaq. Ordu klubu çempionatda da oranın xidmətindən istifadə etsə də, bu dəfə əsas meydançada gücünü sınayacaq.
Premyer Liqanın son turunda rəqib olan “Qəbələ” ilə “Rəvan” da I divizion təmsilçilərini qonaq edəcək. Özü də onların rəqibləri liderlərdir. “Neftçala” “Qaradağ-Lökbatan”ı 3 xal qabaqlayaraq, vahid lider olsa da, ondan 1 oyun çox keçirib. “Qəbələ”nin çempionatda 4 oyunluq qələbə seriyasını kubokda da davam etdirəcəyi realdır. Elə “Rəvan” da I divizionun lideri ilə üzləşsə də, qələbəyə daha şanslıdır.
Bu mərhələdə cütlərin yarısını güclülər dəstəsi təmsilçiləri təşkil edir. Onlardan ən gərgin mübarizənin AZAL – “Simurq” duelində gedəcəyi gözlənilir. Bu komandalar mövsümün əvvəlində lider idilər. “Simurq” yenə zirvədə qalsa da, AZAL indi heç ilk “altılıq”da yoxdur. Vaqif Sadıqovun baş məşqçisi olduğu komanda kubokda öz meydanında oynamağından istifadə edərək, qalib gəlməli və bununla da çempionatda uğursuzluğu sığortalamalıdır. Əks təqdirdə Sadıqov postundan gedə bilər.
“Turan” – “Xəzər Lənkəran” oyunu da az maraq doğurmur. Özü də nəzərə alaq ki, Tovuzda ilk dövrədə meydan sahiblərinin qalib gəlməyi diqqətçəkən nəticə oldu. İndi fərq ondadır ki, komandaları yeni baş məşqçilər çıxaracaq. Yəni “Turan”da Əsgər Abdullayevi Əfqan Talıbov, “Xəzər Lənkəran”da Yunis Hüseynovu ispaniyalı Karles Martorell Bakes əvəzləyib. Həmin oyunda lənkəranlılar hesabda irəlidə olsa da, icarəyə verdiyi malili hücumçusu Salif Ballonun sonradan meydana çıxaraq, imza atdığı dublla məğlub oldu.
Azərbaycan kubokunun son qalibi olan “Bakı” çempionatdakı uğursuzluğu kubokda unutdurmağa çalışacaq. Rəqib ilk dövrədə uduzduğu və hazırda turnir cədvəlində qonşusu olan “Sumqayıt”dır.
Azərbaycan kuboku, 1/8 final mərhələsi
28 noyabr
13:00. “Tərəqqi” – “Neftçi”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
13:00. “Qəbələ” – “Qaradağ Lökbatan”
Qəbələ. Şəhər stadionu
13:00. “Turan” – “Xəzər Lənkəran”
Tovuz. Şəhər stadionu
13:00. “Kəpəz” – “Qarabağ”
Gəncə. Şəhər stadionu
13:15. “Bakı” – “Sumqayıt”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
17:45. AZAL – “Simurq”
Bakı. “AZAL Arena” stadionu
18:00. MOİK – “İnter”
Bakı. “Şəfa” stadionu
18:00. “Rəvan” – “Neftçala”
Bakı. “Bayıl Arena” stadionu
Qeyd edək ki, 1/8 mərhələdə qalib 1 oyunla müəyyənləşir və əsas vaxtlar heç-heçə bitərsə, əlavə 30 dəqiqə və penaltilər seriyasına ehtiyac olacaq.

0
0