Bakı derbisində saxtakarlıq
27.11.2012 - 14:41
Bakı derbisində saxtakarlıq
AFFA-nın İntizam Komitəsi "Coca-Cola U-13 Liqası"nın oyunlarındakı saxtakarlığın üstünü açıb. Apasport.az saytının məlumatına görə, “Bakı” – “Bakı-008” matçında saxta sənədli futbolçu aşkarlanıb. Belə ki, oyundan əvvəl lisenziyaların yoxlanması zamanı “Bakı-008”in heyətində 4 №-li futbolçu Vüsal Məmmədli göstərilib. Lakin onun əvəzinə lisenziyası olmayan futbolçunun iştirak etməsi aşkar edilib. Bu səbəbdən “Bakı-008” klubunun baş məşqçisi Elsevər Sarıyevə ciddi xəbərdarlıq edilib. Oxşar hadisənin baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.