“Mən bilmirəm, həmin hakim hansı kənddən gəlib” – MÜSAHİBƏ
27.11.2012 - 14:51
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Az öncə başa çatan AFFA-nın İntizam Komitəsində haqqınızda ağır cəza qərarı çıxarılıb. Belə ki, “hakimləri təhqir etdiyinizə görə 5 oyunluq cəzaya və 5000 manatlıq cəriməyə məruz qalmısınız...
- Açığı, qərarı sizdən eşidirəm. Deməli, artıq məsələmə baxımlar. Həqiqətən ağır qərardır. Düzünə qalsa, mən hakimləri təhqir eləməmişəm. Heç onların işinə qarışmamışam da. Gəncləri demirəm, ancaq təcrübəli hakimlər məni yaxşı tanıyırlar. Mənim onlarla heç vaxt münaqişəm olmayıb. Aramızda tanışlıq, qarşılıqlı hörmət var. Sadəcə, futbolda emosional oyundur, hərdən əsəblərini cilovlaya bilmirsən. “Xəzər Lənkəran” oyunumuzda da belə oldu. Mən bilmirəm, 4-cü hakim kimdir, hansı kənddən gəlib. Yan xətt hakimi Ramiz Əsədova isə məsləhət görərdim ki, meydana yaxşı baxsın.
- Nəyə etiraz etdiniz ki, sizi oyunun gedişində “texniki zona”ya göndərdilər?
- Futbolçumuz Armand Feutçin qol vuranda, bayrağını qaldıraraq oyundan kənar vəziyyət qeydə alan Əsədova iradımı bildirdim. Mənə elə gəldi ki, Armand rəqibin arxasından qaçmışdı və buna görə ofsayd yox idi. Ancaq sonradan gördüm ki, oyundan kənar vəziyyət var imiş.
- Bəs niyə sizin hakimləri təhqir etdiyiniz qeyd olunsun?
- Mən 4-cü hakimi tanımıram. O, nəsə baş hakimə dedi. Bundan sonra Vüsal Əliyev məni “texniki zona”dan çıxarıb. Vüsalla neçə vaxtdır bir-birimizi tanıyırıq. Aramızda heç vaxt problem olmayıb. Komandam uduzurdu və baş məşqçi kimi emosiyalarımı cilovlaya bilmədim. Ola bilər ki, həmin anda ağır söz demişəm, ancaq hakimləri təhqir etməmişəm.
- 5 oyunluq cəza bu il “texniko zona”da ola bilməyəcəyiniz deməkdir. Çünçi ilin sonuna 4 tur qalıb və qayıdışınız gələn ilin fevralında olacaq. Onsuz da cari mövsümdə işləri pis gedən, son pillədə olan “Kəpəz”in uzun müddət oyunlarda baş məşqçisiz qalmağı necə olacaq?
- Onsuz da mən stadionda olacağam. Komandanı oyuna hazırlayacağam, sadəcə, bir müddət “texniki zona”da ola bilməyəcəyəm. Qərar artıq çıxarılıb, nə deyəsən?
- Apelyasiya şikayəti verməyəcəksiniz?
- Əlbəttə, verəcəyik. Ancaq mən qərarın belə olacağını gözləmirdim. Yaxşı qərar deyil. Apelyasiyadan necə olacağını vaxt göstərəcək.
- Maraqlıdır ki, ən titullu futbolçumuz olan Mahmud Qurbanov karyerasında heç vaxt qırmızı vərəqə almayıb və belə aqibətlə məşqçi kimi debütünüzdə olub...
- Həqiqətən də mənə futbolçu karyeram dövründə hakimlər heç vaxt qırmızı vərəqə göstərməyib. Hakimlərin yaxşı-pis qərarlarına fikir yürütməmişəm. Ola bilər ki, etirazımı bildirmişəm. Ancaq bu, o demək deyil ki, hakimləri təhqir etmişəm.

0
0