“Klublarımızın hamısına müraciət etmişdik, amma...”
27.11.2012 - 15:15
“Azərbaycandakı futbol klublarının hamısına sərgi ilə bağlı müraciət etmişdik. Ancaq onlardan bir səs-soraq çıxmadı. Heç biri bizimlə əlaqə saxlamadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “SportExpo Azerbaijan 2012” sərgisinin layihə rəhbəri və meneceri Orxan Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Sabahdan Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İteca Caspian” MMC-nin təşkilatçılığı ilə beynəlxalq sərgi keçiriləcək. Noyabrın 30-dək keçiriləcək “İdman, idman ləvazimatı və geyim sərgisi”ndə bir neçə federasiyanın, eləcə də Milli Olimpiya və Paralimpiya komitələrinin stendləri təqdim olunacaq.
Əhmədov apasport.az saytının əməkdaşına açıqlamasında onu da bildirib ki, AFFA ilə yanaşı, Futzal Federasiyası da orda stendlə təmsil olunacaq. Ancaq o, AFFA-nın idman ləvazimatları və geyimlərindən orda nə ilə təmsil olunacağına aydınlıq gətirməkdə çətinlik çəkib: “Bilirəm ki, MOK geyim dəstlərini orda təqdim edəcək. Ancaq AFFA-nın konkret hansı ləvazimatlarla təmsil olunacağını deyə bilməyəcəm. Yəqin ki, milli komandanın geyimləri sərgidə olacaq. Ancaq daha dəqiqini bilmək üçün orda iştirak etməyiniz məsləhətdir”.

0
0