İqor Mitreski: Bu, qorxulu deyil - MÜSAHİBƏ
27.11.2012 - 15:33
Bakının “Neftçi” klubunun futbolçusu İqor Mitreskinin apasport.az saytına müsahibəsi
- “Bakı” ilə oyunun ilk yarısında zədələnərək meydanı erkən tərk etdiniz. İndi durumunuz necədir?
- Nisbətən yaxşıyam. Düşünürəm ki, yaxın zamanda daha yaxşı olacaq.
- Zədədən sonra müayinədən keçdinizmi?
- Bəli. Müayinə göstərdi ki, heç bir sınıq-zad yoxdur. Şükürlər olsun ki, durumum qorxulu deyil.
- Bəs sizə əziyyət verən nə idi ki?
- Bu gün həkimlər bir daha müayinənin nəticələrini təhlil edəcək. Ən pis halda hansısa dartınma olub.
- Məşqlərə nə vaxt başlaya biləcəksiniz?
- Məncə 4-5 günə məşqlərə başlayacağam.
- Qarşıda Avropa Liqasının son turunun “İnter”lə oyunu var. Dekabrın 6-dakı görüşdə sizin kimi təcrübəli oyunçuya ehtiyac olacaq. Komandaya kömək edə biləcəksizmi?
- Dəqiq deyə bilmərəm. Bu, həkimlərin rəyi və həmin anadək vəziyyətimdən asılıdır. Özüm də həmin matçda meydana çıxmaq istəyirəm.
- Lakin ilin sonunadək meydana çıxmağınız mümkündür...
- Əlbəttə ki. İlin sonunadək meydana çıxacağam.
- “İnter”lə oyun haqda nə düşünürsünüz?
- Çətin oyun olacaq. Biz oyuna köklənib bacardığımızı etməliyik.
- Sizcə Milanda sensasiya etmək, ən azı 1 xal qazanmaq mümkündür?
- Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək buna nail olarıq. Futbolda hər şey mümkündür.
- “İnter” üçün son matç formal xarakter daşıyır. Onlar nəticədən asılı olmayaraq 2-ci olacaq. Bu amil xeyrinizədirmi?
- İnanmıram ki, italiyalılar əvvəlki Avroliqa oyunları ilə müqayisədə heyətdə hansısa dəyişiklik etsin. Biz isə bu görüşdə komandamızın nüfuzu üçün döyüşməliyik.

0
0