“Qarabağ” səfərə 19 futbolçu ilə çıxdı
27.11.2012 - 16:22
“Qarabağ” səfərə 19 futbolçu ilə çıxdı
Azərbaycan kubokunun 1/8 finalında “Kəpəz”lə qarşılaşacaq “Qarabağ” bu gün Gəncə şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, səhər Suraxanı qəsəbə stadionunda məşq edən Qurban Qurbanovun yetirmələri nahar etdikdən sonra səfərə çıxıb. “Qarabağ” səfərə 19 futbolçuyla yollanıb.

Qeyd edək ki, ölkə kubokun 1/8 final mərhələsi 1 oyundan ibarətdir. Noyabrın 28-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 13:00-da başlayacaq.

Mənbə: qarabagh.com