Sensasiyasız mərhələ - YENİLƏNİB
28.11.2012 - 19:47
Sensasiyasız mərhələ - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə start verilən həlledici oyunlarda sensasiya baş verməyib. Belə ki, “Neftçi”, “Bakı”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və “Rəvan” rəqibləri üzərində gözlənilən qələbənin qazanıb.

Düzdür, ağdamlıların “Kəpəz”lə səfər oyunu çempionatda olduğu kimi, qolsuz bərabərliklə bitib. Kubokda qalib müəyyənləşməli olduğundan, 30 dəqiqəlik əlavə vaxt təyin edilir ki, bunda “Qarabağ” 2 qol vuraraq, istəyinə çatıb.

Lənkəranlılar üçün Qərb səfəri daha çətin olub. Belə ki, “Turan”la oyunda da qonaqları əsas vaxtda qalib gələ bilməyib. Özü də “Xəzər Lənkəran” son saniyələrdə məğlubiyyətdən qaça bilib. Bu zaman təyin olunan penalti zərbəsi zamanı “Turan”ın qapıçısı birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğundan və əvəzləmə bitdiyindən, “çərçivə”də sahə oyunçusu qorumalı olur. Ruslan Zubkov 30 dəqiqədə qol buraxmasa da, penaltilərdə tovuzlulara kömək edə bilmir.

“Rəvan” “Neftçala” ilə oyunda hesabda geri düşsə də, əzmkar qələbə qazana bilib. Şansların bərabər olduğu yeganə oyunda çempionatımızın lideri “Simurq” sevinib.



Azərbaycan kuboku, 1/8 final mərhələsi
28 noyabr


“Tərəqqi” – “Neftçi” - 0:5
QOLLAR: Elşən Abdullayev, 19, Elvin Yunuszadə, 27, Mahir Şükürov, 32 (p.), Erik Ramos, 39, Kamil Nurəhmədov, 45
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Tərəqqi”: 45. Ramil Kərimov, 20. İlkin Verdiyev, 21. Rəşad Orucov, 3. Ramil İbrahimov (k), 27. Şəadət Yusubov, 14. Mətləb Məmmədov, 88. Azər Səfərli, 7. Elçin Seyidov, 18. Elşən Hacıyev, 5. Pərviz Bayramov, 77. Ruslan Hüseynov
Ehtiyat oyunçular: 16. Tariyel Hüseynov, 10. Orxan Babayev, 19. Qaraxan Əliyev, 11. Ülvi Aslanov, 6. Rövşən Vəliyev, 17. Vüsal Həsənov, 8. İbrahim Hüseynov
Baş məşqçi: Vasif Vəliyev

“Neftçi”: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Kamil Nurəhmədov, 22. Mahir Şükürov (k), 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 9. Flavinyo, 11. Nikolas Kanales, 13. Samir Yusifov, 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev, 20. Eşqin Quliyev
Baş məşqçi: Böyükağa Hacıyev

“Turan” – “Xəzər Lənkəran” - 1:1 (oyun sonrası penaltilər - 3:5)
QOL: Fərmayıl Əliyev, 2 - Branimir Subaşiç, 90+3-pen
QIRMIZI VƏRƏQƏLƏR: Andrey Popoviç, 90+3 (birbaşa), Elnur Abdullayev, 116
Tovuz. Şəhər stadionu

“Turan”: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina, 23. İrakli Beraya, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 15. Rəşad Piriyev, 7. Azər Məmmədov, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri, 22. Salif Ballo, 8. Budaq Nəsirov
Məşqçi: Nizami Ocaqverdiyev

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Vanderson Skarduelli, 4. Akif Tağıyev, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə
Baş məşqçi: Karles Bakes

“Kəpəz” – “Qarabağ” - 0:2(əlavə vaxtda)
QOLLAR: Bujamin Asani, 101-öz qapısına, Əfran İsmayılov, 118
Gəncə. Şəhər stadionu

“Kəpəz”: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçine, 15. Şahin Kərimov, 17. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani
Ehtiyat oyunçular: 22. Arsen Ondobo, 9. Bəxtiyar Soltanov, 11. Ziyabil Məmmədov, 13. Emin İmaməliyev, 14. Elxan Əzizov, 23. Vüqar İbrahimov, 26. Georgi Sepiaşvili
Baş məşqçi: Mahmud Qurbanov

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 9. Tural İsgəndərov, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 70. Vaqif Cavadov
Baş məşqçi: Qurban Qurbanov

“Bakı” – “Sumqayıt” - 3:1
QOLLAR: Maris Verpakovskis, 9, 12, Tural Qürbətov, 37 - Murad Hüseynov, 75
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“Qəbələ” – “Qaradağ Lökbatan” - 2:0
QOLLAR: Yannik Kamanan, 47, Muammer Erdoğdu, 60
Qəbələ. Şəhər stadionu

“Qəbələ”: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (k), 19. Rövşən Əmiraslanov, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov, 84. Dejan Kelhar, 88. Nodar Məmmədov
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 15. Umar Kalabane 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev, 28. Muşfiq Teymurov
Baş məşqçi: Ramiz Məmmədov

“Qaradağ Lökbatan”: 99. Vəli Qafarov, 14. Zahir Ağabalayev (k), 3. Natiq Əkbərov, 5. Vüsal İsmayılov, 26. Murad İsgəndərli, 16. Samir Quliyev, 27. Ramal Hüseynov, 7. Emin Əmiraslanov, 19. Rüfət Məmmədov, 17. Novruz Ələkbərov, 9. Ruhid Usubov
Ehtiyat oyunçular: 1. Elçin Cəfərov, 24. Ramil Əliyev, 8. Timur Dadaşov, 10. Namiq Əliyev, 18. Elxan Cəbrayılov, 11. Mehdi Mehdiyev, 4. Anar Həsənov
Baş məşqçi: Adil Mahmudov

AZAL – “Simurq” - 0:1
QOL: Ruslan Poladov, 25
Bakı. “AZAL Arena” stadionu

MOİK – “İnter” - 0:3
QOLLAR: İbrahima Niasse, 22, Nizami Hacıyev, 35, Asif Məmmədov, 56
Bakı. “Şəfa” stadionu

“Rəvan” – “Neftçala” - 2:1
QOLLAR: Orxan Lalayev, 41, Xuan Manuel Vareya, 89 - Samir Abdulov, 33
Bakı. “Bayıl Arena” stadionu