Mahmud Qurbanov: Biz mərhələ adlamaq istəyirik
28.11.2012 - 10:52
Mahmud Qurbanov: Biz mərhələ adlamaq istəyirik
“Bizi ağır oyunun gözlədiyini bilirik. Rəqib güclü, eyni zamanda iddialıdır. Amma “Kəpəz” də qələbəyə oynayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

O, ölkə kubokunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunda haqda danışıb. Çalışdırıcı qələbə qazanmaq istəyində olduqlarını gizlətməyib: “Biz mərhələ adlamaq istəyirik. Evdə oynayırıq və bu bizim ustünlüyümüzdür. Bundan istifadə etməyə çalışacağıq. “Qarabağ” topla yaxşı oynayır. Onlara öz oyunlarını oynamağa imkan verməməliyik. Özümüzə gəldikdə, ələ düşən qol fürsətlərindən yararlanıb matçı xeyrimizə başa vurmalıyıq”.