İranlı qapıçılar Rauf Mehdiyevə çatmadı
28.11.2012 - 11:30
İranlı qapıçılar Rauf Mehdiyevə çatmadı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun “quru seriya”ya malik qapıçıların növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahının qısa fasilədən sonra yenidən açıqlanması 2 qapıçının 660 dəqiqə səddini keçməsi ilə bağlıdır. Bununla da siyahıdakı futbolçuların sayı 680-ə çatıb.

İran çempionatında çıxış edən 2 qolkiper müxtəlif vaxtlarda seriyaya imza atıb. Lakin onlar siyahıdakı Azərbaycan təmsilçilərindən sonuncu olan Rauf Mehdiyevə də çatmayıb. Ənzəli “Malavan”ının üzvü Əli Həsəni Səfat bu ilin əvvəlində qırılan seriyası ilə 456-cı pilləyə sahib çıxıb. 668 dəqiqə quru seriyası olan iranlı həmyerlisi Vahid Taleblunu xeyli qabaqlayıb. 2005-ci ildə 660 dəqiqə qapısından qol buraxmayan sonuncu “İstiqlal”dakı uğuru yalnız indi İFFHS tərəfindən tanınıb.

Qeyd edək ki, ilk “onluq” da dəyişiklik olmayan siyahıda Azərbaycan Premyer Liqasında qeydə alınan 16 göstərici var.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Navaf Xali-Əl-Xalidi (“Əl-Qüdsiyə”, Küveyt) - 1453
3. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
4. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
5. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
6. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
7. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
8. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
9. Samir Səid (“Əl-Ərəbi”) - 1283
10. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

27. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
60. Xalidu Sissoko (“Bakı”) – 985
63. Xalidu Sissoko (“Bakı”) – 971
66. Camaləddin Əliyev (“Qarabağ”) – 958
71. Pavel Doroşev (“Qəbələ”) – 952
76. Elxan Həsənov (“Neftçi”) – 943
141. Boyan Pavloviç (“Qarabağ”) – 828
172. Dmitri Kramarenko (“Karvan”) – 798
209. Dmitri Kramarenko (“Neftçi”) – 772
254. Rauf Mehdiyev (“Olimpik”) – 746
257. Elşən Poladov (“Bakı”) – 744
261. Nadir Şükürov (“Dinamo”) – 741
278. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735
308. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
368. Camaləddin Əliyev (“Qarabağ”) – 700
426. Rauf Mehdiyev (“Olimpik”) – 676