BATE “Neftçi” ilə oynamağa münasibətini açıqladı
28.11.2012 - 12:03
Keçmiş SSRİ-nin sabiq respublikalarını təmsil edən futbol klublarının iştirakı ilə vahid çempionatın keçirilməsi ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, “Qazprom” ASC-nın İdarə Heyətinin sədri Aleksey Millerin ideyasına Belarus futbolunuh lideri BATE də rəsmi münasibət bildirib. Postsovet məkanının Çempionlar Liqasının qrupunda çıxış edən azsaylı təmsilçilərindən olan Borisov klubu yeniliyin əleyhinə deyil.
Yarışın maarqlı olacağını düşünən və onu dəstəkləməyə razı olan BATE rəhbərliyi yekun qərarını verməyə də tələsmir. Belə ki. Belaruslular bəzi qaranlıq məqamların həllini vacib sayır. Onlar UEFA-nın yarışa münasibəti, iştirakçıların lisenziyalaşma qaydaları, çempionata qatılmaq proseduru və ən əsası abrokuboklara yerlərin bölüşdürülməsi məsələsinə aydınlıq gəlməsini vacib sayır. Yalnız bunlar həll olunduqdan və yarışın əsasnaməsində yer aldıqdan sonra BATE milli komandanın da inkişafına xidmər edəcək yarışa qatılmaq haqda düşünəcək.
Belarus təmsilçisi yeni yarışın postsovet məkanımdakı milli çempionatların məhvinə səbəb olmasının əleyhinədir. Çünki BATE digər klubların da mənafeyini düşünür. Klubun bəyanatında o da deyilir ki, yarışa qatılmaqla bağlı heç bir rəsmi təklif alınmayıb: “Əgər belə təklif olarsa biz onu götür-qoy edib Rusiya, Ukrayna və digər ölkələrdən olan klublarla müzakirə edəcəyik”.
Qeyd edək ki, ideyaya əsasən ilk növbədə Rusiya və Ukrayna klublarının vahid kubokunun təşkil edilməsi, bundan sonra Kontinental Hokkey Liqasının xatırladan çempionatın keçirilməsi nəzərdə tutulub. Bu, ideya gerçəkləşərsə adıçəkilən 2 ölkə ilə yanaşı Azərbaycan və postsovet məkanının digər respublikalarının komandaları birgə yarışda mübarizə aparacaq. Son 2 ilin Azərbaycan çempionu “Neftçi” və digər klublarımız bu yolla “Şaxtyor”, BATE, Kiyev “Dinamo”su, Moskva “Spartak”ı kimi tanınmış rəqiblərlə üz-üzə gələcək.

0
0