Qus Hiddink karyerasını başa vurur
28.11.2012 - 14:35
Rusiyanın “Anji” klubunun baş məşqçisi Qus Hiddink mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır. Apasport.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis bu xəbəri FİFA-nın saytında açıqlayıb: “Mövsümün sonunda karyerama nöqtə qoyacam. Hazırda 66 yaşım var və yetərincə işlədiyimi düşünürəm. Amma hələ gələcəkdə nə edəcəyimi bilmirəm. İnsanlara futbolda qarşılaşdıqları problemləri necə öhdəsindən gəlməyi və ya karyeraları ilə bağlı dərslər vermək istəyirəm. Bunları etməkdə məqsədim isə 30 illik karyeramı bitirdikdən sonra boş qalmaq istəmirəm”.
Qeyd edək ki, Qus Hiddink PSV, “Fənərbaxça”, “Valensiya”, Madrid “Real”ı, “Betis” və “Çelsi” kimi məşhur klubları çalışdırıb. Bununla yanaşı, Hollandiya, Avstraliya, Cənubi Koreya, Rusiya və Türkiyə milli komandalarında işləyib.
Hazırda isə Hiddink Mahaçqalanın “Anji” klubunu Avroliqanın qrup mərhələsində lider kimi növbəti mərhələyə keçməsini rəsmiləşdirib.

0
0