Əsədov Qasımovun qisasını almalıdır
28.11.2012 - 15:55
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Rusiyada keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki rəqiblərindən ikisi ilə əvvəllər də görüşüb. Apasport.az saytının məlumatına görə, Litva, Ukrayna və Çexiya yığmaları ilə eyni qrupda yer alan millimiz üçün yalnız sonuncular yeni rəqibdir.
Belə ki, ardıcıl 5-ci dəfə Sankt-Peterburqdakı turnirə qatılacaq millimiz əvvəllər 2 dəfə Ukrayna, 1 dəfə Litva ilə üzləşib. 2010 və 2011-ci ildə Ukraynalılarla eyni qrupda yer alan yığmamız hər 2 halda 1 xalla kifayətlənib. Özü də hər 2 görüş 1:1 hesabı ilə başa çatıb.
Maraqlıdır ki, yığmamız Litva ilə də eyni hesabla oynayıb. Lakin bu dəfə qarşılaşma 9-12-ci yerlər uğrunda yarımfinala təsadüf edib. Qalib penaltilər seriyasında müəyyənləşib.
Həmin vaxt Vəli Qasımovun çalışdırdığı yığma 5:6 hesabı ilə uduzaraq XI yer uğrunda mübarizə aparmalı olub. İndi Arif Əsədovun çalışdırdığı komanda həmin yenilginin əvəzini çıxmağa çalışacaq.

0
0