Cihan Özkara 71 dəqiqə oynadı
28.11.2012 - 16:04
Cihan Özkara 71 dəqiqə oynadı
Milli komandamızın hücumçusu Cihan Özkaranın forma geydiyi “Ərciyəsspor” Türkiyə kubokunda mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, Kayseri təmsilçisi İzmirdə “Altay” səddini keçə bilməyib.

Bu oyunda uzun müddətdən sonra Cihan da forma geyib. O, ilk dəqiqələrdən meydanda olub. Ancaq rəqib qapısına yol tapa bilmədiyi üçün 71-ci dəqiqədə Əmrah Bozkurtla əvəzlənib. Bununla belə, 90 dəqiqə ərzində hesab dəyişməyib.

Matçda yeganə qol isə əlavə 30 dəqiqə ərzində vurulub. İsmət Göksəloğlunun 94-cü dəqiqədə vurduğu qol “Altay”a qələbə qazandırıb. Üstəlik, matçın bitməsinə 5 dəqiqə qalmış “Ərciyəsspor” azlıqda qalıb.