Ramiz Məmmədov: Həmin futbolçulardan razı qaldım
28.11.2012 - 16:26
“Kubokun bu mərhələsində qalib 1 oyunla müəyyənləşdiyindən, görüşə ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
O, Azərbaycan kubokunun 1/8 final mərhələsində evdə I divizionun liderlərindən olan “Qaradağ Lökbatan”la 2:0 hesabı ilə qalib gəldikləri oyunda bir sıra futbolçuları əsas heyətdə meydana buraxmamışdı. Həmin futbolçuların oyuna girməyi öz bəhrəsini verdi və meydan sahibləri hər 2 qolu fasilədən sonra vuraraq, qalib gəldi.
Məmmədov Premyer Liqada növbəti turun oyununu nəzərə aldıqları bildirib: “Bizi qarşıdakı turda “Bakı” ilə çətin sınaq gözləyir. Buna görə də bəzi aparıcı futbolçulara istirahət vermişdim. Start heyətində meydana çıxan Müşfiq Teymurov, Tərzin Cahangirovun oyunu xoşuma gəldi. Gələcəkdə də belə gənc futbolçulara şans verib, onların inkişafına nail olacağıq”.
Bakı klubunun baş məşqçisi Adil Mahmudovun sözlərinə görə, təcrübə nəticəyə təsir edib: “Oyun gərgin keçdi. “Qəbələ” çempionluğa oynayan komandadır. Qol imkanlarını dəyərləndirərək, qalib gəldi”.

0
0