“Ən çox güc sərf etdiyimiz oyun oldu”
28.11.2012 - 16:55
“Ən çox güc sərf etdiyimiz oyun oldu”
“Kubokla çempionat oyunu həmişə fərqlənir. Görüşə ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”ə əlavə 30 dəqiqədə 2 qol vuraraq, 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.

Qurbanov nəticədən fərqli, oyundan razı qalmayıb: “Bu cür meydanda nə biz, nə də “Kəpəz” yaxşı oyun göstərə bildi. Bu mövsüm ərzində ən çox güc sərf etdiyimiz oyun oldu. Meydança ağır idi, lakin qalib gəldik. İrəlidə bizi “Neftçi” ilə çətin oyun gözləyir”.