Mahmud Qurbanov lider axtarır
28.11.2012 - 17:01
“Kubok bir oyundan ibarətdir. Öz meydanımızda oynamaq üstünlüyümüz idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
O, Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qrabağ”a evdə əlavə vaxtda 0:2 hesabı ilə uduzduqların oyunun nəticəsinə rəqibin təcrübəsinin onlardan çox olmağının təsir etdiyini düşünür: “Qarabağ” topu özündə saxlamağı xoşlayan komandadır. 90 dəqiqə bərabər oyun getdi. Təəssüf ki, əlavə vaxtda məğlub olduq. “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Komandanın oyunundan, mübarizə ruhundan razıyam. Komandanı qışda gücləndirmək, bizə oyunun gedişini dəyişə biləcək oyunçular, lider lazımdır”.

0
0