“Bakı” razılıq verərsə, “Dənizlispor”a gedərəm”
28.11.2012 - 17:08
“Dənizlispor” nümayəndələrinin bizim oyunu izləməsindən xəbərim yox idi. Bu haqda birinci dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov söyləyib.
Bu gün ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Bakı” – “Sumqayıt” görüşünü “Dənizlispor” nümayəndələri tribunadan izləyib. Konkret olaraq, Dənizli təmsilçisinin vitse-prezidenti İhsan Niyazi və baş meneceri Mehmet Ali Kəskinlər ölkəmizdə işgüzar səfərdədirlər. Onlar Biləcəri qəsəbəsində baş tutan matçda “Bakı”nın kapitanı Elvin Məmmədovun və bir neçə legionerin oyununu bəyənib.
Ancaq Elvinin bu məsələdən xəbəri yoxdur. O, “Dənizlispor”da oynamaq istədiyini, bunun üçün lazım gələrsə, Rail Məlikovla məsləhətləşə biləcəyini söyləyib: “Heç matçdan öncə də oyunumuza “Dənizlispor” rəsmilərinin gələcəyini bilmirdim. “Bakı” ilə müqaviləm maya kimidir. Məni hazırda ancaq “Bakı”nın uğurları düşündürür. Ancaq klubumla “Dənizlispor” bu keçiddə razılığa gələrlərsə, o zaman Türkiyədə oynamağa razılıq verərəm. Təbii ki, ilk növbədə gedəcəyim klubun hədəfləri, Superliqaya çıxmaq iddiası haqda bilməliyəm. Əlbəttə ki, ora getməyə qərar versəm, ilk növbədə Rail Məlikovun da fikrini öyrənməyə çalışaram”.
Qeyd edək ki, “Dənizlispor” rəsmilərinin ölkəmizə gələcəyi hələ daha öncədən bəlli idi. Ancaq onların konkret hansı futbolçular üçün bura təşrif buyuracağı müəyyən deyildi. İndi isə onların Elvinin, eləcə də AZAL-a məxsus olan “Turan”ın ukraynalı müdafiəçisi Ruslan Zubkovun xidmətində maraqlı olduğu bildirilir.
Maraqlıdır ki, Zubkov “Xəzər Lənkəran”la kubok matçında Andrey Popoviç qırmızı vərəqə aldığından, qapını qorumalı olub. “Dənizlispor” nümayəndələri saat 17:45-də Şüvəlan qəsəbəsində başlayacaq AZAL – “Simurq” matçını da canlı izləməyi nəzərdə tutub.

0
0