Elnur Abdullayev niyə qovuldu?
28.11.2012 - 17:29
Elnur Abdullayev niyə qovuldu?
“Xəzər Lənkəran”ın ehtiyat qapıçısı Kamal Bayramov ardıcıl 2-ci oyunda insident yaradıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda “Kəpəz”lə səfər matçından sonra yerli azarkeşləri təhqir etdiyi üçün AFFA-nın İntizam Komitəsi tərəfindən ağır cəzalanan Kamal bu dəfə komanda yoldaşı Elnur Abdullayevin qovulmağına baiskar olub.

Belə ki, Elnur bu gün “Turan”la Azərbaycan kubokunun 1/8 final mərhələsinin 116-cı dəqiqəsində baş hakim Fariz Yusifov tərəfindən birbaşa qırmızı vərəqəni Kamalı təhqir etdiyinə görə alıb. İndi Elnuru AFFA-nın İntizam Komitəsi tərəfindən kubokda ən azı 2 oyunluq cəza gözləyir.

Qeyd edək ki, Bayramov çempionatda 3 oyunluq cəzaya məruz qalaraq, klubunu 2000 manat ziyana salıb.