“Bundan sonra gənclər üçün də fürsət yaradacam”
28.11.2012 - 18:07
“Bundan sonra gənclər üçün də fürsət yaradacam”
"Ümumiyyətlə, komandamdan razı qaldım. Kubok oyununa görə bəzi gənclərə də bu matçda yer vermişdim. Əsas heyət oyunçularından bir neçəsinə istirahət verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. O, Azərbaycan kubokunda debütündə bu gün “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Bandoviç nəticə ilə yanaşı, oyundan da razı qalıb: “3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr etdim. Ümumi götürəndə oyundan razı qaldım. Əvəzedicidən 3-4 futbolçuya şans verdim. Bundan sonra gənclər üçün də fürsət yaradacam".