Bernhard Raab: Nəticəni ədalətli saya bilərik
28.11.2012 - 18:10
"Rəqib baş məşqçini qələbə münasibəti ilə təbrik edirəm. Oyundan əvvəl heyətdə bəzi problemlərimiz var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.
Almaniyalı çalışdırıcı bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Bakı”ya 1:3 hesabı ilə uduzduqları oyunda arxa xətdən narazı qalıb: “Qapımızda gördüyümüz iki qolda müdafiəçilərim pis oynadı. Lakin ikinci hissədə "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Heyəti nəzərə alsaq, qeydə alınan nəticəni ədalətli saya bilərik".

0
0