“Rəşad Sadiqov “Dənizlispor”a gəlməz”
28.11.2012 - 18:24
Türkiyənin “Dənizlispor” klubunda forma geyinən həmyerlimiz Rail Məlikovun apasport.az saytına müsahibəsi
- “Dənizlispor” rəsmilərinin ölkəmizə gəlməsindən xəbəriniz var?
- Əlbəttə ki, var. Klubun vitse-prezidenti İhsan Niyazi və meneceri Mehmet Ali Kəskinlərin Bakıda olduğunu bilirəm. Onlar ora gedəndə mənimlə bəzi məsələlərdə məsləhətləşmişdilər. Ölkəmizdə çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməyə gediblər.
- O zaman konkret hansı futbolçular üçün bura yollandıqlarını bilirdiz?
- Təbii ki, bilirdim. Çünki məndən həmin oyunçuların xarakteristikası haqda məlumat almışdılar.
- Deyilənə görə, “Dənizlispor” Elvin Məmmədov, Rəşad Sadiqov, Salif Ballo və Zohair Benuahini istəyir...
- Elədir. Bu informasiya doğrudur.
- Maraqlıdır, “Dənizlispor” bu futbolçularla hardan tanışdır ki, onlarla belə ciddi şəkildə maraqlanır?
- Yəqin ki, Elvinlə Rəşadı milli komandanın oyunlarından tanıyırlar. Ancaq məhz Ballo ilə Benuahini niyə bəyəndiklərini bilmirəm. Görünür, hansısa menecerlər onlara bu futbolçuları təklif edib.
- Bəs, Ruslan Zubkovu bəyəniblər?
- Onu heç mən tanımıram. O, hansı ampluada oynayır?
- “Turan”ın müdafiəçisidir...
- Yox. Bu futbolçu haqda məndən heç bir şey soruşulmayıb. Burda elə-belə müdafiəçi oynamaz.
- Dediz ki, 4 futbolçu haqda sənin fikrini öyrəniblər. Maraqlıdır, klub rəsmilərinə onlar haqda hansı fikirləri söyləmisiz?
- Dedim ki, Elvinlə Rəşad yaxşı futbolçudur. Ancaq onlara bildirdim ki, Sadiqov “Neftçi”ni qoyub “Dənizlispor”a gəlməz. Benuahinin də pis oyunçu olmadığını söylədim. Ballonu isə tanımadığımı söylədim. Çünki mən “Neftçi”də çıxış edən vaxt bu futbolçunun oyununu görməmişəm.
- Artıq Elvinin bu gün “Sumqayıt”a qarşı keçirdiyi oyununun bəyənildiyi deyilir. Futbolçu saytımıza açıqlamasında “Bakı” keçidə razılıq verərsə, səninlə məsləhətləşə biləcəyini söyləyib...
- Canla-başla məsləhət verməyə, buranın mənfi və müsbət cəhətləri haqda bilgi verməyə hazıram. Həqiqətən də Elvinin burda oynaması karyerası üçün xeyirli olar. Ancaq mənim özümün burda qalması hələ sual altındadır...

0
0