Rail Məlikov: Transferimə 1 milyon avro qiymət qoyulub
28.11.2012 - 18:30
Rail Məlikov: Transferimə 1 milyon avro qiymət qoyulub
“Azərbaycana qayıtmaq fikrim yoxdur. Türkiyədə qalacağam. Daha yaxşı klublara keçmək fikrindəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Dənizlispor” klubunun futbolçusu Rail Məlikov deyib.

Milli komandamızın sabiq müdafiəçisi cari mövsümdən qardaş ölkədə, I divizionda çıxış edir.

Məlikovun sözlərinə görə, onu turnir cədvəlinin ortalarında gedən “Dənizlispor”da oynamaq qane etmir: “Artıq 1-2 variantım var. Sadəcə, bir əngəl çıxıb. Bu da transfer qiymətimin klub tərəfindən çox qoyulması ilə bağlıdır. Məbləğ 1 milyon avrodur. Görək də, hələ “transfer pəncərəsi” açılmayıb. Açılsa, Superliqaya iddia edən klublardan birinə keçmək istəyirəm”.