Doroş Azərbaycan klubları ilə danışıqlar aparır?
28.11.2012 - 19:27
Doroş Azərbaycan klubları ilə danışıqlar aparır?
Azərbaycan milli çempionatında çıxışı ilə tanınan moldovalı futbolçu Anatoli Doroş yenidən klubunu dəyişir. Apasport.az saytının məlumatına görə, yığmanın 28 yaşlı hücumçusu vətənində çıxış etdiyi “Rapid”lə yollarını ayırmağa hazırlaşır.

O, yenidən xaricdə oynamaq fikrindədir ki, bu mənada vaxtilə karyerasını keçirdiyi Azərbaycan və Qazaxıstana boylanır: “Çox güman, komandamdan gedəcəyəm. Hazırda digər klublarla danışıqlar aparıram. Ancaq hələ bunu anons etmək istəmirəm. Çünki hələ heç nə məlum deyil”.

Qeyd edək ki, moldovalı ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan” və “Simurq”da oynayıb.