Elvin Məmmədov: 10 mininci qola görə mükafat alacam?
29.11.2012 - 00:03
“Milli çempionatlar tarixində 10 mininci qolu vurmağımı ilk dəfə sizin saytdan oxumuşam. Adım tarixə düşdüyündən, bunu biləndə çox sevinmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Son turda “Bakı” doğma divarlar arasında “Neftçi”yə 1:2 hesabı ilə yenilsə də, paytaxt derbisində ilk qol “zolaqlılar”dan gəldi. Elvin Məmmədovun həmin qolu müstəqillik dövründən keçirilən çempionatlarımızın tarixinə 10 mininci qol kimi düşdü.
Bəs görəsən, bu qola görə Elvinə PFL tərəfindən hər hansı bir mükafatın verilməsi nəzərdə tutulubmu?
Məmmədov bu haqda məlumatsız olduğunu bildirdi: “ Mükafat alacam? Vallah, açığı, mənə mükafat veriləcəyini eşitməmişəm. Bu haqda PFL-dən mənimlə heç kim əlaqə saxlayıb, bir söz deməyib”.

0
0