3-ü Bakıda, 300-cü “Barselona”da
29.11.2012 - 10:07
3-ü Bakıda, 300-cü “Barselona”da
“Barselona”nın və İspaniya yığmasının futbolçusu David Vilya karyerasında əlamətdar hadisəni qeyd edib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu 300-cü qolunu vurub. Bu, İspaniya kubokunun 1/16 final mərhələsində “Alaves”lə cavab oyununda olub.

Start heyətində meydana çıxan David 56-cı dəqiqədə komandasını irəli çıxarıb. Bu, onun üçün yubiley, ardında etdiyi dubl 301-ci qol olub.

Vilya “Sportinq”lə “Saraqosa”nın hərəsində 40, “Valkensiya”da 128, “Barselona”da 40, yığmada 53 qol vurub. O, cari mövsümdə 16 oyundan 8 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, millisinin bombardiri olan David 2009-cu ilin iyununda yığmamıza 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə 3 qol vurub.