“Dənizlispor”un rəsmisi: Rəşadı fasilədə komandamıza qatacağıq
29.11.2012 - 11:15
“Qış fasiləsində heyəti gücləndirəcəyik”. Apasport.az saytının məlumatına görə bu sözləri Türkiyənin “Dənizlispor” klubunun futbol şöbəsinin məsul şəxsi İhsan Niyaz deyib.
Azərbaycana futbolçu izləməyə gələn klub rəsmisi Türkiyə mətbuatına açıqlamasında bildirib ki, gəlişinin əsas məqsədi Rəşad Sadıqovla görüşməkdir: “Onunla ilkin danışığımız oldu. Anlaşmanın zəminin axtarırıq. Dövrələrarası fasilədə Rəşadı komandamıza qatacağıq”.
Qeyd edək ki, Rail Məlikovun da şərəfini qoruduğu “Dənizlispor” Rəşadla yanaşı Hollandiyanın PSV klubundan Bernard Quainu və Portuqaliya “Braqa”sının üzvü Əmrə Şahini transfer etmək istəyir.

0
0