“Qəbələ”nin futbolçuları paltardəyişmə otağında ibadət edirdilər”
29.11.2012 - 13:46
“Azərbaycanda oynamaq mənim gözlərimi açdı. Mən ora Şotlandiya futbolunda olmayan şeylərdən təcrübə toplamaq üçün yollandım. Azərbaycanda oynamaq fərqli bir təcrübə oldu. Çıxış etdiyim vaxt anladım ki, orda klubların büdcəsi Şotlandiyadakından yaxşı vəziyyətdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq qapıçısı Qrem Smit deyib.
Yayda “Qəbələ”dən ayrıldıqdan sonra yenicə dünyaya gəlmiş oğlu Rubenin xəstəliyinə görə ona olan təklifləri geri çevirən şotlandiyalı noyabrın ortalarında ölkəsinin aşağı dəstəsində çıxış edən “Partik Tisl”lə yanvarın 6-dək müddəti əhatə edən müqavilə bağlayıb.
Qrem “Daily Record”a verdiyi müsahibəsində ötən mövsüm çıxış etdiyi ölkəmizdəki karyerasını da vərəqləyib: “Azərbaycandakı komandalar azarkeş baxımından çox böyük dəstək almır. Çünki futbol orda əsas idman növü deyil. Məncə, orda əsas idman güləş sayılır. Bununla belə, onların sonsuz dərəcədə çoxlu pulları var. İlk “altılıq”da olan komandaların büdcəsi Şotlandiya klublarınkından 10-15 dəfə çoxdur. Sahibkarlar klubları üçün pul xərcləyir, hökümətdən dəstək görür. Bu yolla onlar futbolu orda inkişaf etdirir. Onların necə işlədiyini görəndən sonra Şotlandiyada klubların idarə olunmasını görmək inanılmazdır. Bəzən onların çatışmazlığı olur. Ancaq onlar daha böyük təsəvvürə malik olsalar, daha fərqli düşünə bilərlər”.
Daha sonra Qəbələ və sabiq baş məşqçisi Toni Adams haqda danışan şotlandiyalı əlcək sahibi əyalətdə yaşayışından danışıb. Smit oranın doğma Edinburqa qətiyyən oxşamadığını bildirib: “Məşq zamanı başını qaldıranda qəflətən bir sürü inəyin peyda olduğunu görə bilərsən. Bununla belə, Qəbələdə oynamaq mənim üçün bir təcrübə oldu və bundan həzz aldım. Klubumda müxtəlif dindən olan futbolçular vardı. Onların təxminən 50 faizi müsəlman idi. Həmin futbolçular günün müəyyən vaxtında namaz qılmalıydılar. Sən isə buna hörmətlə yanaşmalıydın. Hətta bəziləri oyundan öncə paltardəyişmə otağında ibadətini edirdi. Bu onların işi idi. Biz ibadətdən öncə duş aldığımız kimi onlar da yuyunurdu. Bir sözlə, bizim inanclarımız olduğu kimi onların da inancları vardı”.
Qremin sözlərinə görə, “Qəbələ”də dil problemi olmayıb: “Paltardəyişmə otağında tərcüməçimiz vardı. Çünki ingilis dili orda necə də olsa ikinci dil idi. Mənim bəxtim onda gətirmişdi ki, getdiyim kluba ingilis məşqçi başçılıq edirdi. Bu üzdən ümumilikdə mədəni şok keçirmədim. Toni problemləri olan vaxt uşaqların onun otağına girməsinə icazə vermişdi. Ona görə də orda ona hörmət vardı. Ancaq yaxşı insan olmaq yaxşı məşqçi demək deyil. Gənc olan vaxt onun kitabını oxumuşdum. Belə bir adamla real həyatda qarşılaşmaq olduqca xoş idi. Əminəm ki, gələcəkdə onun böyük nailiyyətləri olacaq”.
Sonda 29 yaşlı qapıçı yeni klubu ilə uzun müddətli müqavilə bağlamaq istəyini də gizlətməyib: “Mən Azərbaycandakı karyeramdan həzz aldım. Amma bu cəmi bir il çəkdi. İndi isə mən Şotlandiyaya qayıtmışam. Əgər 8-9 oyunda “Tisl”ə uyğunlaşa bilsəm, bu, xeyrimə olar. Şotlandiya futbolunda bir şeyi əminliklə söyləmək olar ki, sən heç vaxt bilə bilməzsən ki, sabah nə baş verəcək. Burda oynamaq mənim üçün ideal bir ssenaridir. Ümid edirəm ki, mən hansısa klubla gələcəkdə uzun müddətli müqavilə bağlayacam. Bu mənim üçün bir platformadır. İnanıram ki, “Partik”dəki çıxışım zamanı bu kluba xeyrim dəyəcək. Bu klubla uzun müddətli müqavilə bağlayacağımı da istisna etmirəm. Çünki burda futbolçuların səviyyəsi mənim xoşuma gəlir və oyunlara köklənmə də olduqca yaxşı qaydadır”.

0
0