“Çalışacağıq ki, “Neftçi” ilə oyunda başqa şeylərlə bunun əvəzini çıxaq”
29.11.2012 - 14:40
“Qayıdışım kubokda oldu. “Kəpəz”lə səfər matçında təxminən 50 dəqiqə oynamışam. Çempionatın növbəti turunda məşqçilər etimad göstərsələr, oynamaq istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. Hələ oktyabrda Rusiya yığması ilə səfərdə keçirilən rəsmi oyuna hazırlıq zamanı zədələnən 30 yaşlı müdafiəçi cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçib.
İki yaxın fasilədən sonra qayıdışını Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda qeyd edən Rəşad Premyer Liqanın növbəti turunda “Neftçi” ilə derbidə iştirak etmək istəyir. Hər halda, Rəşad futbolçu karyerasının böyük hissəsini məhz bu komandada keçirərək, onun liderlərindən olub: “Bilirəm ki, maraqlı oyun olacaq. “Neftçi” ilə matç böyük maraq kəsb oyundur. Bizi onlara qarşı çətin oyun gözləyir. Çünki “Neftçi” daxili yarışlarda keçirdiyi son 2 oyunda böyük hesablı qələbə qazanıb. Bizimlə üzləşəcəyi 8-ci km qəsəbə stadionunda yaxşı oynayır. Üstəlik, komanda yaxşı formadadır və bu həftəni demək olar yorulmadan keçirdi. “Neftçi” dünən kubokda “Tərəqqi”yə 5:0 hesabı ilə qalib gəldiyi oyunda qolları artıq ilk hissədə vurmuşdu və çox futbolçularına istirahət vermişdi. Ancaq biz Gəncədə var-gücümüzlə mübarizə aparmışıq. Bu da bir az təsirini göstərəcək. Çalışacağıq ki, başqa şeylərlə bu yorğunluğun əvəzini çıxaraq”.
Mehman SÜLEYMANOV

0
0