“Portu” Orxan Əliyevi bəyənmədi
29.11.2012 - 15:10
“Portu” Orxan Əliyevi bəyənmədi
“Portu” klubu baxışdan keçirdiyi Azərbaycan yığmasının futbolçusu Orxan Əliyevlə bağlı rəsmi mövqeyini açıqlayıb. Bu haqda apasport.az saytına açıqlama verən 17 yaşlı hücumçunun meneceri Vaqif Heydərli bildirib ki, Portuqaliya çempionu həmyerlimizdən imtina edib.

Onun sözlərinə görə, Orxanın baxışda olduğu “Portu”nun B komandasına keçidi baş tutmayıb: “Futbolçunu baxışdan keçirdikdən, raportlarla tanış olduqdan sonra belə qərara gəldilər ki, o, “Portu”nun B komandasına hazır deyil”.

Qeyd edək ki, Orxan 3 həftə “Portu”nun əvəzedici komandasının düşərgəsində olub.

Mehman SÜLEYMANOV