Ukrayna MDB çempionatının əleyhinə deyil
29.11.2012 - 15:41
Ukrayna MDB çempionatının əleyhinə deyil
“MDB çempionatının təşkil olunması ideyasına mətbuatda rast gəlmişik. Çox maraqlı təşəbbüsdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Anatoli Popov deyib.

O, “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin verdiyi ideyaya əsasən MDB ölkələrinin futbol klublarının vahid çempionatının təşkilinə rəsmi münasibət bildirib: “Ideya nə qədər yaxşı olsa da, bunun həyata keçirilməsi bir o qədər çətindir. Bunun da bir çox səbəbləri var”.

Qeyd edək ki, Miller Rusiya və Ukrayna klublarının iştirakı ilə kubok yarışı keçirməyi təklif edib. Sonradan bu kubok yarışı genişlənərək MDB klublarının vahid çempionatına çevrilməlidir.