Aqil Nəbiyev: “Bakı” ilə yanaşı, digər variantlar da var
29.11.2012 - 15:47
Aqil Nəbiyev uzun illərdir şərəfini qoruduğu AZAL klubundan ayrılıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. O bildirib ki, qış fasiləsindən sonra karyerasını başqa komandada davam etdirəcək.
“Artıq AZAL-dan ayrılmışam. Bir neçə gündür bu komandanın məşqlərinə də qatılmıram. Rəhbərliklə görüşdüm və qərarımı açıqladım. Ehtiyatda qalmaq istəmədiyimdən komandamı dəyişmək məcburiyyətində qaldım” – deyə, Nəbiyev əlavə edib.
Millimizin də üzvü olan müdafiəçi qış fasiləsindən sonra “Bakı”da oynayacağını istisna etməyib: “Amma bu, hələ dəqiqləşməyib. Ola bilsin digər bir komandaya keçdim. Yəni, “Bakı” ilə yanaşı, digər variantlar da var”.

0
0